Zakir Sultanov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis təyin edilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, Prezident İlham Əliyevbununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Zakir İmran oğlu Sultanov 1985-ci ildə Bakı şəhərində 6№-li orta məktəbi bitirdikdən sonra 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin İnşaat fakültəsində ali təhsil alıb. 1986-1988-ci illərdə hərbi xidmətə olub. 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti dövründə Əhaliyə Məişət Xidməti Nazirliyində, Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Sənaye Kombinatında, “Asiman” Assosiasiyasında, Xətai Rayon İcra Komitəsində, Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində, Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2006-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib. 2014-cü il tarixindən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidentinin 10.04.2014-cü il tarixli 371№-li sərəncamı ilə “Tərəqqi” medalı və 23.04.2018-ci il tarixli 19№-li sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.