Mədəniyyət Nazirliyində yeni təyinat olub.
Eləcə də bax: Mədəniyyət Nazirliyində dəyişikliklərə - START VERİLDİ - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu nazirin müşaviri təyin edilib.
A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Qeyd olunur ki, E.Əliyev son təyinata qədər BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.