Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın sonunda İsrailə səfər edəcək. Səfər çərçivəsində nazir Azərbaycanın Təl-Əvivdəki səfirliyinin açılış mərasimində iştirak edəcək.
Azərbaycanın İsrailə təyin olunan səfiri kimdir? - DOSYE
FED.az xəbər verir ki, İsrailin “Ynet” portalının yaydığı məlumta görə, səfər martın 29-da baş tutacaq.
“Səfər çərçivəsində Bayramov İsrailin xarici işlər naziri Eli Kohen, Prezident İsaak Hersoq və baş nazir Binyamin Netanyahu ilə danışıqlar aparacaq”, - deyə nəşr qeyd edir.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanun imzalayıb. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov martın 2-də etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib. (İnterfaks-Azərbaycan)