Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib.
FED.az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin edilib.
Eləcə də bax: “Azəriqaz”da yeni - TƏYİNAT OLUB
Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub.
Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə Vergilər Nazirliyinə verilib.
Report.az