Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə günü Azərbaycan lideri İlham Əliyev ilə danışıqlar zamanı iki ölkənin neft tədarükü sahəsində əməkdaşlığını dərinləşdirməyi təklif edib.
Eləcə də bax: Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - TAM MƏTN
FED.az xəbər verir ki, “Məhz bu sahədə münasibətlərin dərinləşməsi məsələsini yəqin ki, bir qədər nəzərdən keçirməliyik. Bu çox incə və ehtiyatlı məsələdir, çünki Belarus iqtisadi və siyasi hadisələrin mərkəzində yerləşir. Buna baxmayaraq, həll olunmayacaq məsələlər yoxdur”, - Lukaşenko bildirib.
O, neft tədarükü sahəsində Belarusu dəstəklədiyinə görə Azərbaycan liderinə minnətdarlığını bildirib.
Öz növbəsində, Əliyev qeyd edib ki, iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıq, həm siyasi, həm də iqisadi sahələrdə uğurla inkişaf edir. “Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Bu, sıx siyasi əlaqələr, ölkələr arasında yüksk etimad səviyyəsi və nəticəyə yönəlməkdən xəbər verir”, - Əliyev bəyan edib