Prezident İlham Əliyev Kürdəmirdə xalça emalatxanasının yaradılması barədə sərəncam imzalayıb. FED.az xəbər verir ki, sərəncama əsasən Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən «Azərxalça» ASC-ə 2 milyon manat ayrılacaq.