Banner

Dövlət

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianənin məbləği - 100 MİLYON MANATI KEÇDİ

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianənin məbləği - 100 MİLYON MANATI KEÇDİ | FED.az
14:47 31 Mart 2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

FED.az xəbər verir ki, bu günə kimi fonda 102 741 569 AZN, 132 966 USD, 26 468 EUR, 500 GBP vəsait köçürülüb.

Eləcə də bax: Fonda şirkətlər - NƏ QƏDƏR PUL KÖÇÜRÜBLƏR?

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. 

Apa

Digər xəbərlər

Banner