Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticəsini təsdiq edib.
FED.az xəbər verir ki, bu gün keçirilən müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib.