Azərbaycan ərazisində «Dağlıq Qarabağ» adlı inzibati ərazi vahidi mövcud deyil.
Eləcə də bax: Prezident xalqa müraciət edir - CANLI YAYIM
FED.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Anım Günü münasibətilə xalqına müraciətində bildirib.
Prezident Ermənistanı müdafiə edən qüvvələrə işarə edərək bildirib ki, «Dağlıq Qarabağ» istəyənlər onu öz ölkəsində yarada bilər: «Əgər kimsə «Dağlıq Qarabağ» adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qarabağ adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox.
Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır».