Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.
"FED.az" xəbər verir ki, PA-nın yeni şöbə müdirləri arasında tanınmış simalar da var.
Eləcə də bax: Prezident Administrasiyasının yeni strukturu və təyinatlar - TAM SİYAHI
Belə ki, ötən ay İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov Administrasiyanın Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev isə Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.