Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.
Dövlət bildirib ki, bu yaxınlarda 500 milyon dollarlıq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə mənimsəyəcək və onu artırmaq lazım gələcək.
“Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir”, - deyə Prezident İlham Əliyev əlavə edib.