Həftəsonu, avqustun 8-də Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı imzalanma gözlənilir.
İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR - VİDEO
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər edəcəklər.
Ağ Evin yaydığı məlumata görə, avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ prezidenti Trampla ayrı-ayrılıqda görüşləri də gözlənilir.
ABŞ mənbələri və mətbuatı gözlənilən səfəri və danışıqları Qayqazda sülhə nail olmaq üçün mühüm diplomatik hadisə kimi qiymətləndirirlər.
Bununla yanaşı, ekspertlərin fikrincə, ABŞ səfəri zamanı iki ölkə arasında sülh müqaviləsi deyil, belə müqavilənin imzalanması üçün zəmanət sazışı - memorandum imzalana bilər.
Məsələ bundadır ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasında əsas şərt kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasını tələb edir. Bu, gələcəkdə Ermənistan tərəfdən ola biləcək təkrar ərazi iddaları cəhdinin qarşısının indidən alınması üçündür.
Bundan başqa, rəsmi Bakı vaxtilə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğvini tələb edir. Bu qrupun ləğvi o deməkdir ki, beynəlxalq aləm münaqişənin həllini tapmasını rəsmi olaraq təsdiqləyir.
Hələlik bu şərtlər yerin yetirilməyib, Ermənistanda Konstitusiya dəyişikliyi üçün referendum keçirilməlidir, Ermənistan rəhbərliyi bu şərtlə razılığını dolayısı ilə etiraf edib, amma Konstitusiyanın rə vaxt dəyişəcəyi hələlik məlum deyil.
Buna görə də ABŞ səfəri zamanı iki tərəf arasında birbaşa sülh müqaviləsi deyil, memorandumun, yəni zəmanət sazişinin imzalanması gözlənilir.
İstinalən halda ABŞ-ın iştirakı ilə baş tutacaq bu hadisə Qafqazda sülh üçün müşüm addım, eyni zamanda bölgədə Rusiya təsirinin azaldılmasının daha bir göstəricisi olacaq.