Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistanın Baş naziri Abdulla Aripovu, Qazaxıstanın Baş naziri Oljas Bektenovu, Qırğız Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
FED.az biznes maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.











