Xəbər verildiyi kimi, bu gün yanvarın 5-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın yerli televiziya kanallarına müsahibə verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müsahibədə dövlət başçısı bir sıra mövzulara toxunub.
Prezidentdən qısa sitatlar:
«Yeni il münasibətilə təbrikimdə də demişdim ki, bu dünya belədir, kim güclüdür, o da haqlıdır».
«Bu Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksək vəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdimki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin. Və əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, onların bir xahişini də biz yerinə yetirməyəcəydik».
«Mən həmişə kadrlara ədalətli olmuşam, amma etimadı doğrultmayan və əyri yola gedənlər də ya cinayət məsuliyyətinə cəlb edilir – belə hallar kifayət qədər çoxdur, ya da ki, inzibati qaydada cəzalandırılırlar».










