Xəbər verdiyimiz kimi, hazırda Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə dəyirmi masa ətrafında ölkələr əlifba sırası ilə yerləşdirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşib.
Bildirilib ki, tərəflər tədbirin əvvəlində bir neçə cümləlik fikir mübadiləsi aparıblar. Sonradan onlara hər iki ölkənin xarici işlər naziri də qoşulub.