Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
İlham Əliyev “DP World” şirkətinin sədri və icraçı direktoru ilə görüşüb - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlandı, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulandı.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunuldu. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edildi.













