Goranboy RİH başçısının müavini vəzifəsindən azad edilib
FED.az xəbər verir ki, Goranboy RİH başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.
Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini – İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.
Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.