İsrailin döyüş təyyarələri HƏMAS-ın səhra komandiri Hamed Əhməd Əbd Kudarini hədəf alaraq öldürüb.
FED.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
Qeyd olunub ki, HƏMAS komandirinin avtomobili raketlə vurulub.
Kudari İrandan alınmış pul vəsaitlərini Qəzzadakı qruplaşmalara çatdırmaq vəzifəsinə cavabdeh idi.
Qeyd edək ki, İsrailin Qəzzanı bombalaması nəticəsində 24 nəfər ölüb, 150-dən artıq insan yaralanıb.
Eləcə də bax: Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - XƏBƏRDARLIQ