Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Eləcə də bax: Azərbaycanda hərbi vəziyyət ləğv edilir - FƏRMAN
FED.az xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:
- Preambulanın ikinci abzasından “və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması” sözləri çıxarılır.
- 6.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 6.6-cı bənd ləğv edilir.