ABŞ-ın Maliyyə Nazirliyi İranın daha iki şirkətinin və bu şirkətlə əlaqəsi olan səkkiz nəfərin adlarını sanksiyalar siyahısına əlavə edib.
FED.az xəbər verir ki, ABŞ İranın informasiya və kommunikasiya sahəsində fəaliyyət göstərən “Net Peygard Samavat Company” və “New Horizon Organization” şirkətlərinin beynəlxalq əlaqələrini məhdudlaşdırıb. Bununla yanaşı, həmin şirkətlərin xarici dövlətlərdəki nümayəndəliklərinin rəhbərləri də sanksiyaya məruz qalıblar.
Eləcə də bax: Azərbaycandan “beyin köçü”: kimlər hara və niyə gedir?
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Stiven Miniçin bildirib ki, bu şirkətlər müxtəlif ölkələrdə beynəlxalq konfranslar təşkil edirlər. Həmin konfranslarda şirkət nümayəndəsi kimi iştirak edən İranın kəşfiyyat orqanlarının əməkdaşları, alimləri və İKT mütəxəssislərini əməkdaşlığa cəlb edib onlardan informasiya alıblar. Buna görə də bu şirkətlərə qarşı sanksiyalar tətbiq edilir.
Rəsmi Tehran ABŞ-ın iddialarını gülməli və məntiqsiz adlandırıb.