Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibini təsdiqləyib.
FED.az xəbər verri ki, dövlət başçısının bu günkü sərəncamı ilə şuranın tərkibi aşağıkı kimidir:
İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.