Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə FED.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Üç dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqindən - İdarəetməsindən Çıxdı
Bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib.
Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, prezidentin köməkçiləri Xalid Əhədov və Şahmar Mövsümov, eləcə də müzakirə edilən dövlət şirkətlərinin rəhbərləri – «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin rəhbəri Taleh Ziyadov, “AzerGold” QCS-nin rəhbəri Zakir İbrahimov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev, Nazirlər Kabinetinin və İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.