Tender 1 lot üzrə keçirilir:
lot 1 - 12 ay ərzində ofis sahələrin gündəlik təmizlik işləri: 1678 kv.m ( Bakı ş. Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında. Bakı Dəmir Yolu Vağzalın 2-ci mərtəbəsində); 1700 kv.m (Bakı şəhəri, Həsən Əliyev küçəsi 36 ,1 saylı Bakı ASAN xidmət mərkəzinin inzibati binasının 3-cü və 5-ci mərtəbəsi); 1500 kv.m (Bakı ş. A.M. Şərifzadə küşəsi 39)
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Həsən Əliyev küçəsi 36 (1 saylı Bakı ASAN xidmət mərkəzinin inzibati binası, 5-ci mərtəbə) (Əlaqələndirici şəxs :Süleymanova Leyla İsmayıl qızı, telefon :(+99412) 444-74-44 (daxili -2649)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 600 manat
Hesab: | AZ68AIIB40090019440132828102 |
VÖEN | 1502467501 |
Bank: | Kapital Bank ASC Mərkəz filialı |
Kodu: | 200026 |
VÖEN: | 9900003611 |
M/H: | AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: | AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: Əsas şərtlər toplusunda nəzərdə tutulmuş
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-11-24 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-12-06 18:00qədər Həsən Əliyev küçəsi 36 (1 saylı Bakı ASAN xidmət mərkəzinin inzibati binası, 5-ci mərtəbə) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-12-08 11:00 tarixində Bakı şəhəri, Həsən Əliyev küçəsi 36 (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binası, 5-cı mərtəbə, “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.