Son 10 ildə Azərbaycanda dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.
Eləcə də bax: Bakıda ötən il 1 milyon kvadrat metrlik tikinti obyektlərinə - İCAZƏ VERİLİB
FED.az “Report”a istinadən xəbər verir ki, bu rəqəmi Maliyyə naziri Samir Şərifov açıqlayıb.
O, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə danışıb.