CHP-nin İstanbul bələdiyyə rəhbərliyinə namizədi Əkrəm İmamoğlu protokolu almaq üçün İstanbul Çağlayan ədliyyəsinə çağırılıb.
FED.az xəbər verir ki, “Hurriyet”in yazdığına görə, bu barədə partiyanın İstanbul üzrə nümayəndəsi Canan Kaftancıoğlu sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, İmamoğlu hazırda ədliyyədədir.
Ə.İmamoğlu vəsiqənin təqdim olunması çün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.