Prezident İlham Əliyev Bakıda bina tikintisi ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.
FED.az xəbər verir ki, dövlət başçısı bildirib ki, memarlıq əmsallarına cavab verməyən yöndəmsiz binalar şəhərin görkəmini korlayır.
«Heç bir memarlıq əmsallarına cavab verməyən yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq».