Xarici turistlərin Azərbaycana gəlməsi üçün viza rejiminin daha da sadələşdirilməsi nəzərdə tutulur. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğulayıb.
Öz növbəsində prezident İlham Əliyev BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb. Dövlət başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu deyib və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd edib.
İlham Əliyev: “Vizaları daha da sadələşdirəcəyik”
20:20
4 Aprel 2018