Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Eləcə də bax: Prezident İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı - Operativ Müşavirə Keçirib
FED.az xəbər verir ki, telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.