Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olublar.
FED.az xəbər verir ki, prezident burada həyata keçirilən işlərlə tanış olub. O cümlədən ermənilərin dağıtdığı və sonradan bərpa olunan fərdi evlərdə olub. Bir sıra yeni obyektlərin təməlini qoyub. Dövlət başçısı Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
İlham Əliyevin Suqovuşan səfəri ilə bağlı reportajı təqdim edirik: