Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
FED.az xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədridir.
Görüşdə Azərbaycanın maliyyə naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Samir Şərifov və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev də iştirak edib.