Prezident İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.
FED.az xəbər verir ki, dövlət başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev bildirib ki, Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əmindir və ona fəaliyyətində uğurlar arzulayıb.
Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə əlaqədar dövlət başçısına minnətdarlıq edib. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirdi.