Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner

Dövlət

  1. Ana səhifə
  2. Dövlət
  1. Dövlət

İlham Əliyev: "Mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm" - PUTİNLƏ GÖRÜŞ - TAM MƏTN

İlham Əliyev: "Mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm" - PUTİNLƏ GÖRÜŞ - TAM MƏTN | FED.az
22:37 25 May 2023

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.

FED.az xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu. Hörmətli həmkarlar.

İlk növbədə, Sizi bir daha salamlamaq və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm. Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu, çox şərti addır, çünki Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünki regional əməkdaşlıq potensialı çox yüksəkdir.

İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq.

Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu.

Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirirəm.

Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmışıq, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik.

Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Siz qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir.

Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın nəhayət sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.

Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq.

İkitərəfli gündəliyə gəlincə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən keçirəcəyik. Dəvətə görə bir daha sağ olun.

Banner
Banner
  • İlham Əliyev
  • Putin
Paylaş

Digər xəbərlər

Təcili: XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırdı - GƏRGİNLİK
Dövlət 3 İyun 2023
Təcili: XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırdı - GƏRGİNLİK
Ermənilər Azərbaycan Ordusunun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcərdəki mövqelərini - ATƏŞƏ TUTDU
Dövlət 3 İyun 2023
Ermənilər Azərbaycan Ordusunun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcərdəki mövqelərini - ATƏŞƏ TUTDU
Milli Məclisin növbədənkənar iclası keçiriləcək - BAXILACAQ QANUNLAR - SİYAHI
Dövlət 3 İyun 2023
Milli Məclisin növbədənkənar iclası keçiriləcək - BAXILACAQ QANUNLAR - SİYAHI
Avropa Mühasiblər və Auditorlar Federasiyasının növbəti Şura iclası Bakıda keçiriləcək
Dövlət 2 İyun 2023
Avropa Mühasiblər və Auditorlar Federasiyasının növbəti Şura iclası Bakıda keçiriləcək
Azərbaycan XİN Fransa Prezidentinə - CAVAB VERDİ
Dövlət 2 İyun 2023
Azərbaycan XİN Fransa Prezidentinə - CAVAB VERDİ
Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
Dövlət 1 İyun 2023
Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
Ermənilər Şuşa və Tovuzdakı mövqelərimizi - ATƏŞƏ TUTDU
Dövlət 1 İyun 2023
Ermənilər Şuşa və Tovuzdakı mövqelərimizi - ATƏŞƏ TUTDU
İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında - İŞTİRAK EDİR
Dövlət 1 İyun 2023
İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında - İŞTİRAK EDİR
Zakir Həsənov: "Azərbaycan yeni müasir silah və hərbi texnikalar alacaq"
Dövlət 1 İyun 2023
Zakir Həsənov: "Azərbaycan yeni müasir silah və hərbi texnikalar alacaq"
İlham Əliyev Moldovaya - SƏFƏR EDİB
Dövlət 31 May 2023
İlham Əliyev Moldovaya - SƏFƏR EDİB
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi - TƏYİN OLUNDU
Dövlət 31 May 2023
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi - TƏYİN OLUNDU
“ASAN xidmət” mərkəzlərində xidmətlərin göstərilməsi - QAYDASI DƏYİŞİB
Dövlət 31 May 2023
“ASAN xidmət” mərkəzlərində xidmətlərin göstərilməsi - QAYDASI DƏYİŞİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "S.M. International" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    00:36 6 İyun 2023
  • "City Service Company" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
    00:18 6 İyun 2023
  • "AzRe Reinsurance Company" işçi axtarır - VAKANSİYA
    00:14 6 İyun 2023
  • "Diamed Co" işçi axtarır - MAAŞ 1000-5000 MANAT - VAKANSİYA
    00:10 6 İyun 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000 MANAT- VAKANSİYA
    00:08 6 İyun 2023
  • "AGA Group" işçi axtarır - VAKANSİYA
    00:06 6 İyun 2023
  • "VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    23:49 5 İyun 2023
  • "Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
    23:44 5 İyun 2023
  • "Milla Dairy" işçi axtarır - VAKANSİYA
    23:39 5 İyun 2023
  • "Azərlotereya" işçilər axtarır - VAKANSİYALAR
    23:35 5 İyun 2023
  • Beynəlxalq şirkət Azərbaycanda işçi axtarır - VAKANSİYA
    23:32 5 İyun 2023
  • "AgroGurama" ASC işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    23:23 5 İyun 2023
  • Sürət həddini aşmağa görə - CƏRİMƏLƏR ARTIRILIR - 200-300 MANAT
    19:58 5 İyun 2023
  • Rayonlara yağış yağdı, dolu düşdü - FAKTIKI HAVA
    19:48 5 İyun 2023
  • Qubada bağçılığın inkişafı üçün güzəştli kredit ayrılıb - MƏBLƏĞ
    18:04 5 İyun 2023
  • Rəşad Nəbiyev Qusarda vətəndaşları - QƏBUL EDİB
    17:49 5 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:45 5 İyun 2023
  • Avropada qaz - 17%-DƏK BAHALAŞIB
    17:30 5 İyun 2023
  • Azərbaycan Körfəz ölkələrinə bal ixracı üçün - DANIŞIQLAR APARIR
    17:24 5 İyun 2023
  • Azərbaycanda bu il istehsal olunan kartofun miqdarı - AÇIQLANDI
    17:14 5 İyun 2023
  • Dolu düşəcək, yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
    17:08 5 İyun 2023
  • “PRO Kredit” BOKT kiçilib, gəlirləri azalıb - HESABAT
    17:07 5 İyun 2023
  • Azərbaycan və Dünya Bankı texniki yardım layihələrini - MÜZAKİRƏ EDİB
    17:03 5 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:59 5 İyun 2023
  • “Punjab Trading Company” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:56 5 İyun 2023
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:50 5 İyun 2023
  • Nobel Energy və Energetika Nazirliyi Günəş Elektrik Stansiyasının tikintisinə dair - MEMORANDUM İMZALAYIB
    16:48 5 İyun 2023
  • "Diamed CO" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:44 5 İyun 2023
  • Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - FOTO
    16:43 5 İyun 2023
  • İcra hakimiyyəti 3 ədəd minik avtomobili alır - TENDER ELANI
    16:37 5 İyun 2023
  • Palata “PKF Audit” şirkətinin lisenziyasını - LƏĞV EDİB
    16:30 5 İyun 2023
  • Biləsuvar Rayon Suvarma Sistemləri - TENDER ELAN EDİR
    16:28 5 İyun 2023
  • Naxçıvanda meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək
    16:20 5 İyun 2023
  • "Bakı Mexanikləşdirmə-1" ASC məhkəməyə verilib
    16:15 5 İyun 2023
  • "Sumqayıt Nəqliyyat"a yeni baş direktor - TƏYİN OLUNUB
    16:14 5 İyun 2023
  • Türkiyə Mərkəzi Bankına ilk dəfə qadın - RƏHBƏRLİK EDƏ BİLƏR
    16:08 5 İyun 2023
  • Bakı Mühəndislik Universiteti 576 min manatlıq tenderin qalibini açıqladı
    16:05 5 İyun 2023
  • "Azərbaycan Sənaye Korporasiyası"nda - YENİ TƏYİNAT
    16:04 5 İyun 2023
  • “Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb - HESABAT
    16:03 5 İyun 2023
  • Naxçıvana ucuz uçuşlar - TƏŞKİL EDİLƏCƏK
    16:00 5 İyun 2023
  • Hava yolu ilə Naxçıvana səfər edənlərə gömrük güzəştləri - MÜƏYYƏN EDİLƏCƏK
    15:54 5 İyun 2023
  • Azərbaycanda kommunal xidmətlərlə təminatın zəif olduğu iqtisadi rayonlar məlum olub - SORĞU
    15:50 5 İyun 2023
  • Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağı, lirənin bahalaşacağı - PROQNOZU VERİLDİ
    15:45 5 İyun 2023
  • Naxçıvanda güzəştlərin tətbiq olunduğu - Ticarət Mərkəzi Yaradılacaq
    15:42 5 İyun 2023
  • Azəralüminium - TENDER ELAN EDİR
    15:41 5 İyun 2023
  • Naxçıvanda Azad iqtisadi zona və sənaye parkı yaradılacaq
    15:37 5 İyun 2023
  • Naxçıvanda xüsusi gömrük rejimi - YARADILACAQ
    15:33 5 İyun 2023
  • Naxçıvanda vergi, gömrük, sosial sığorta və digər sahələrdə - GÜZƏŞTLƏR OLACAQ
    15:29 5 İyun 2023
  • Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
    15:19 5 İyun 2023
  • “Avrasiya Kredit” BOKT-un gəlirləri və mənfəəti artıb – HESABAT
    15:18 5 İyun 2023
  • İpoteka Fondunun xətti ilə - 44 632 İPOTEKA KREDİTİ VERİLİB
    15:15 5 İyun 2023
  • Azərbaycanda 9 faydalı qazıntı yatağı - HƏRRACA ÇIXARILIR
    15:11 5 İyun 2023
  • Malları xüsusi gömrük proseduru ilə yerləşdirilən sahibkarların siyahısını genişləndirmək üçün - GÖRÜŞ OLACAQ
    15:06 5 İyun 2023
  • “Azərbaycan Sənaye Sığorta”da - YENİ TƏYİNAT
    15:02 5 İyun 2023
  • Paytaxtda qəzalı binalar sökülür - Mənzil bazarında qiymətlər bahalaşır?
    14:53 5 İyun 2023
  • Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının tenderi - LƏĞV OLUNDU
    14:48 5 İyun 2023
  • Baş nazir Əli Əsədov Dünya Bankının - YENİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDÜ
    14:47 5 İyun 2023
  • "Maliyyə sektoru aptek və ya yanacaq doldurma biznesi deyil" - Mərkəzi Bankın sədri
    14:42 5 İyun 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "Arena" ASC-ni - MƏHKƏMƏYƏ VERİB
    14:39 5 İyun 2023
  • Bölgə hotellərində yerlərin - 80%-İ DOLUB - QİYMƏTLƏR
    14:37 5 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!