Prezident İlham Əliyev hökumət üzvləri ilə yeni formatda görüşməyə başlayıb.
FED.az xəbər verir ki, dövlət başçısı hökumət rəsmilərini iş kabinetində qəbul edir. Dövlət başçısının ilk belə görüşü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri ilə olub. Bu gün prezident İlham Əliyev agentliyin rəhbəri Saleh Məmmədovu qəbul edib.
Müzakirə formatından məlum olur ki, hər belə bu görüş haqqında ətraflı məlumat – müzakirə olunan mövzular, aktual məsələlər, həmin məsələlərlə bağlı operativ məlumatlar, eləcə də dövlət başçısının bu məsələlərlə bağlı fikirləri, reaksiyası açıqlanacaq.