Prezident İlham Əliyev ötən il ermənilərdən azad olunan Hadrutun yenidən qurulması ilə bağlı hazırlanan baş plandan narazı qalıb və onun yenidən işlənməsini tapşırıb.
Ailə başına 18 sot torpaq, şəhərdə bulvar - BİRLƏŞDİRİLƏN KƏNDLƏR – AĞDAM BELƏ QURULACAQ, DETALLAR
FED.az xəbər verir ki, bu barədə dövlət başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Şuşada tikiləcək evlər belə olacaq - RƏSMİ AÇIQLANDI
"Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik".