Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.
FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma sərgi barədə məlumat verdi.
Eləcə də bax: "Bakutel 2019" sərgisi - İŞƏ BAŞLAYIB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular.