Prezident İlham Əliyev Ermənistan qoşunlarına qarşı hərbi əməliyyatların dayandırılmasının şərtlərini açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə prezident xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan qoşunlarının hücumunu dayandırması üçün erməni tərəfi bir neçə şərti yerinə yetirməlidir. Bunlar aşağıdakılardır:
1. Erməni qoşunları Azərbaycan ərazisini tərk etməlidir. Bu danışaqların aparıldığı baza prinsipləərdə nəzərdə tutulub.
2. Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
3. Ermənistan rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.
4. Paşinyan bəyan etməlidir ki, Qarabağ Ermənistan torpağı deyil.
5. Ermənistan tərəfi qoşunların Azərbaycandan çıxarılması ilə bağlı qrafik təqdim etməli və bu qrafik əsasında ölkəni tərk etməlidirlər.
«Bu şərtlər yerinə yetirilsə, biz hücumu dayandıra bilərik, baxmayaraq ki, indiki məqamda bu asan məsələ deyil»-deyə prezident bildirib.