Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Eləcə də bax: Daha bir DOST Mərkəzi və yeni sosial obyektlər, e-sistemlər - İSTİFADƏYƏ VERİLƏCƏK
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşdü.