Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar.
Eləcə də bax: DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı - VİDEO
FED.az musavat.com-a istinadən xəbər verir ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.
Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.