Azərbaycanda icra hakimiyyəti başçılarının fəaliyyətinə onların başçılıq etdiyi rayonların iqtisadi göstəricilərinə əsasən qiymət veriləcək.
Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR / ŞƏHƏRLƏR - TAM SİYAHI
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev Kəlbəcər rayonunun yeni təyin edilən icra başçısını qəbul edərkən bildirib.
Eləcə də bax: Prezidentdən yeni icra başçısına tapşırıqlar - TAM MƏTN
Dövlət başçısı bildirib ki, bütün dövlət qurumlarının rəhbərlərinin təhlil edilməsini tapşırıb: «Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin».
Azərbaycanda ən az və ən çox investisiya yatırılan - RAYON/ŞƏHƏRLƏR – SİYAHI
İlham Əliyevin sözlərindən məlum olub ki, xüsusilə icra başçılarının fəaliyyətinə qiymət veriləndə rayonun iqtisadi göstəriciləri, o cümlədən büdcədən dotasiya alıb-almadığı nəzərə alınacaq: «Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir. Yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir».
Azərbaycanda investisiyanın artıb-azaldığı - RAYON/ŞƏHƏRLƏR – SİYAHI
Prezident deyib ki, onsuz da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, bütün məsələlər təsdiq edilib, bütün infrastruktur layihələri, bütün əsas tikintilər, bütün sosial infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilir: «Ona görə yerli icra orqanları bu istiqamətdə öz səylərini göstərməlidirlər. Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq».
Azərbaycanda ən çox və ən az tikinti gedən – ŞƏHƏR/RAYONLAR – SİYAHI