"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi beynəlxalq audit standartlarına uyğun 2018-ci il üçün illik audit yoxlamasının satın alınmasına dair fiziki şəxs Rzayev Akif Məlik oğlu ilə müqavilə bağlayıb.
FED.az rəsmi məlumata istinadən xəbər verir ki, bu xidmətin müqabilində idarə tərəfindən auditora 20 800 manat ödəniləcək.
İdarə cari ildə həyata keçirdiyi 8 satınalmanın 5-də fiziki şəxslərlə müqavilə imzalayıb.
Eləcə də bax: “İçərişəhər” Qoruğu İdarəsi Qala divarı ilə bağlı - BƏYANƏT YAYDI