“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
Milli Depozit Mərkəzinin İdarə Heyətinə - YENİ SƏDR TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev bu gün Aparat rəhbəri təyin olunub.
İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayınadək Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.