Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb.
Eləcə də bax: YAP deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
FED.az Unikal.org-a istinadən məlumat verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrası isə Komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.
Xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.