Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət şirkəti olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) maliyyə hesabatlarını açıqlamamasına münasibət bildirib.
FED.az xəbər verir ki, V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət şirkətləri maliyyə hesabatlarını açıqlamalıdırlar.
Eləcə də bax: AZAL-ın yeməkləri - DÜNYADA 2-Cİ YERİ TUTUB
Hesablama Palatasının sədri AZAL-ın maliyyə hesabatlarını açıqlamaması barədə sualın AZAL rəhbərliyinə ünvanlanmalı olduğunu qeyd edib: “AZAL-ın Hesablama Palatasına hesabat verməsinə gəlincə, bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Yalnız bizim tələblə AZAL belə hesabat təqdim edir. Biz də dövlət büdcəsinin icrası ilə bağlı rəy yazarkən dövlət büdcəsi vəsaitlərindən istifadə ilə bağlı təkliflər veririk. AZAL-a belə təkliflər təqdim olunub”.
V.Gülməmmədov həmin təkliflərdə yer alan tövsiyələrin tam yerinə yetirilib-yetirilmədiyini söyləməyin mümkün olmadığını bildirib: “Hesablama Palatasına verilən məlumata görə, bununla bağlı iş gedir. Məndə olan məlumata görə, bu barədə AZAL yaxın vaxtlarda məlumat verəcək”.