Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX : Minimum aylıq əməkhaqqının artırılması haqqında - PREZİDENT SƏRƏNCAMI
FED.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
ELƏCƏ DƏ BAX : Müəllimlərin maaşları artırılıb - SƏRƏNCAM
Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.