Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Bu gün yayılan mlumata görə isə nazirliyin daha 2 əməkdaşı saxlanılıb.
Eləcə də bax: Milli Məclisin keçmiş komitə sədrləri xidməti avtomobillərini - TƏHVİL VERİB
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Unikal.org-a açıqlama verən Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.