Xəbər verildiyi kimi, fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala rayoqn icra hakimiyyətində əməliyyat keçiriblər.
Eləcə də bax: Neftçalanın icra başçısı kimdir? – TƏRCÜMEYİ-HALI
FED.az xatırladır ki, ilkin məumatlara görə, əməliyyat nəticəsində ira başçısı İsmayıl Vəlyevin rüşvət almağa görə həbs olunduğu bildirilir. Qeyd edək ki, DTX icra hakimiyyətində əməliyyatın keçirildiyini və həbslər olduğunu təsiqləyib. Amma həbs edilənin kimliyi açıqlanmayıb.
Bu arada, həbs edildiyi bildirilən icra başçısının karyerası ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, İsmayıl Vəliyev Şirvan icra hakimiyyətindən başqa bank sektorunda - bir müddət bank rəhbəri işləyib, hətta Prezident Aparatında da çalışıb. Belə ki, o 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib.
1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələ ləri şöbəsində böyük məsləhətçi işləyib.
1995-2005-ci illərdə Gömrük Komitəsində çalışıb. Qeyd edək ki, həmin dövrdə Gömrük Komitəsinə hazırda Fövqəladə Hallar Naziri olan Kəmaləddin Heydərov başçılıq edib.
Komitədən sonra İ.Vəliyev cəmi 3 ay – 2005-ci ilin iyun-avqust aylarında özəl sektorda çalışıb. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Prezidentin 24 avqust 2005-ci il tarixli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin, 26 aprel 2011-ci il tarixli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilb.