“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”.
Eləcə də bax: "Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır"
FED.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev söyləyib.
“Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”, - Prezident vurğulayıb.