Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. FED.az xəbər verir ki, saat 08:00-da başlayan seçkilərdə dövlət başçısı olmaq üçün 23 namizəd mübarizə aparır. Prezidentlik üçün 25 nəfərin namizədliyi təsdiqlənsə də, Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib. Buna baxmayaraq onların adı siyahıda yer alır.
Ekspertlərin sözlərinə görə, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedir. Yeni seçiləcək prezident qanun dəyişikliyinə əsasən ölkəni 5 yox, 6 il idarə edəcək.
Eləcə də bax: Gürcüstanda hakimiyyətə kim gələcək? - 1 GÜN QALDI
Səsverməni 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir eləcə də 125 mətbu orqandan 2000-dən çox jurnalist işıqlandırır.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze saat 10:00-a olan seçici fəallığı ilə bağlı bildirib ki, artıq 215 min 329 seçici səs verib. Bu isə səsvermə hüququ olan 3 milyon 518 min 877 nəfərin 6,15 faizini təşkil edir.
Gürcüstanda yeni prezident seçilir - SƏSƏVERMƏ
14:07
28 Okt 2018