Göygöl rayonun yeni icra başçısı birinci müavini də vəzifəsindən azad edib.
Şuşanın icra başçısının müavini - VƏZİFƏSİNDƏN AYRILIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elvin Paşayev əmr imzalayıb.
Əmrə görə, Əliyev Turani Həndəm oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
Dekabrın sonu Göygöl RİH-nə yeni başçı müavini təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə E.Paşayav Göygöl RİH-nin başçısı təyin edilib.