Prezident İlham Əliyev Nazirlər Kabinetinin digər üzvlərini də təsdiqləyib. FED.az-ın məlumatına görə, ən maraqlı təyinat DÖvlət Gömük Komitəsində olub. Komitə sədri Aydın Əliyev işdən azad edilib, onun yerinə indiyədək onun birinci müavini vəziəsində çalışan Səfər Mehdiyev təyin edilib.
1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.
2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.
2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Gömrüyün rəhbəri dəyişdi – YENİ AD
19:36
23 Aprel 2018